Pleyeri seçin:

Azərbaycan və Ermənistan liderləri normallaşma prosesini müzakirə etdilər

04 fevral 2026 423 baxış

Prezident İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Siyasət
22 iyun 2026 423 baxış
Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Siyasət
22 iyun 2026 423 baxış
Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Siyasət
22 iyun 2026 423 baxış
Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Siyasət
22 iyun 2026 423 baxış
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

Siyasət
22 iyun 2026 423 baxış
"Bu sahə qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq" | Prezident İlham Əliyev - Baku TV

"Bu sahə qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
22 iyun 2026 423 baxış
"Caucasus Eagle 2026" hərbi təlimi nəyə hesablanıb? - 3 ölkənin verdiyi mesaj - HƏRBİ XRONİKA

"Caucasus Eagle 2026" hərbi təlimi nəyə hesablanıb? - 3 ölkənin verdiyi mesaj - HƏRBİ XRONİKA

Siyasət
22 iyun 2026 423 baxış
"Münasibətlərimiz möhkəm tarixi bağlar üzərində qurulub" | İlham Əliyev - Baku TV

"Münasibətlərimiz möhkəm tarixi bağlar üzərində qurulub" | İlham Əliyev - Baku TV

Siyasət
22 iyun 2026 423 baxış
Azərbaycan və Türkmənistan prezidentlərindən mühüm açıqlamalar

Azərbaycan və Türkmənistan prezidentlərindən mühüm açıqlamalar

Siyasət
22 iyun 2026 423 baxış
İlham Əliyev və Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarla çıxışı - Baku TV

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarla çıxışı - Baku TV

Siyasət
22 iyun 2026 423 baxış
Seçilmişlər
icon