Azərbaycan və Gürcüstan baş nazirləri Türkmənbaşıda görüşdülər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Mərkəzi Asiya ölkələri dövlət başçılarının 7-ci məşvərət görüşünün hazırlıq iclası keçirilib. Toplantıda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.
#Əli Əsədov teqi istifadə olunub
- Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV
- "Ailə qurmaq məqsədilə yaradılan ittifaq..." | Azərbaycanda bunlar erkən evlilik sayılacaq - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
- Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI
