Pleyeri seçin:

Azərbaycan və Qazaxıstan arasındakı əməkdaşlıqla bağlı yeni məlumatlar

03 mart 2025 329 baxış

Ötən ilin yekunlarına əsasən, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədovla Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Oljas Bektenov arasında baş tutan geniştərkibli görüşdə məlumat verilib.

Tərəflər iki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə ediblər.

Qeyd olunub ki, dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb.

Görüşdə Azərbaycan tərəfi öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.

Baş Nazir Əli Əsədov qeyd edib ki, Azərbaycan iqlim gündəliyinin təbliğinə xüsusi əhəmiyyət verir və COP29 konfransı bunun bariz nümunəsi olub. O, Xəzər dənizinin dayazlaşması problemindən Azərbaycan tərəfinin ciddi narahatlığını dilə gətirib və bu istiqamətdə birgə tədbirlərin görülməsini dəstəkləyən addımlar atdığına görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər təhsil, elm, səhiyyə və idman sahələrində mübadilələrin uğurla həyata keçirildiyini qeyd ediblər.

Söhbət zamanı qarşılıqlı turist axınının artım dinamikası müsbət qiymətləndirilib. Daha sonra icbari tibbi sığorta sahəsində əməkdaşlığa, elmi nəşrlərin siyahısının formalaşdırılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi haqqında Sazişin təsdiqinə dair sənədlər imzalanıb.

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 329 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 329 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 329 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 329 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 329 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 329 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 329 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 329 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 329 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 329 baxış
Seçilmişlər
icon