Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası Ermənistanın gündəmindədir - Baku TV
“TRIPP layihəsinin həyata keçirilməsi təbii ki, Cənubi Qafqazda bütövlükdə xəritəni dəyişəcək. Bu layihənin gerçəkləşməsi regionda yeni kommunikasiya qovşağının açılması və region ölkələri ilə regiondan kənar dövlətlərin bundan yararlanması istiqamətində çox ciddi addım olacaq”.
Bunu Baku TV-yə açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, layihənin reallaşması üçün Ermənistanın üzərinə düşən əsas vəzifə müvafiq infrastrukturun yaradılması və götürdüyü öhdəliklərin yerinə yetirilməsidir.
Arzuxan Əlizadə TRIPP ilə Ermənistan-Azərbaycan sülh prosesi arasında birbaşa əlaqənin olduğunu da vurğulayıb:
“Bu layihənin gerçəkləşməsi ilə iqtisadi dividendlərlə yanaşı, dayanıqlı sülhə nail olunması istiqamətində də bir zəmanət yaranacaq. Çünki iqtisadi fayda əldə edən ölkələr bölgədə dayanıqlı sülhün olmasında maraqlı olacaq”.
Deputatın fikrincə, kommunikasiyaların açılması Ermənistan üçün də mühüm iqtisadi imkanlar yaradacaq:
“Ermənistan dalan ölkədən tranzit ölkəyə çevrilmək imkanları əldə edəcək. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması da bu layihənin gerçəkləşməsinə müsbət təsir göstərəcək əsas amillərdən biridir”.
#Arzuxan Əlizadə teqi istifadə olunub
- ABŞ-nin İranda əsas strategiyası nədir? - Baku TV
- Milli Təhlükəsizlik Konsepsiyasında hansı məsələlərə baxılmalıdır?
- Bu əməliyyat konkret olaraq cinayət əməlidir | Millət vəkilindən açıqlama
- Deputat təyyarənin vurulması qərarını verənlərə od püskürdü | Sərt sözlər
- SSRİ dövründə 20 min kvadratkilometr Azərbaycan ərazisi qanunsuz olaraq Ermənistana verilib
