Azərbaycan və Türkiyə vətəndaşları İrəvanda mənzil alır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Azərbaycan və Türkiyə vətəndaşları İrəvanda mənzil və daşınmaz əmlak alır” adlı süjetdə erməni hüquqşünas Avetik İşxanyanın “Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək” proqnozundan, eləcə də Ermənistan Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin Azərbaycan vətəndaşlarının İrəvanda daşınmaz əmlak alması barədə yaydığı məlumatdan bəhs olunub.
Qeyd olunub ki, Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi təkziblər erməni ictimaiyyətində inandırıcı qəbul edilmir:
“Ermənilər iddia edirlər ki, Azərbaycan və Türkiyə vətəndaşlarının İrəvandan daşınmaz əmlak almasının arxasında hər iki ölkənin dövlət strukturları dayanır və məqsəd tədricən İrəvana nəzarəti bərpa etməkdir.
Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin sədr müavini Arman Petrosyan bildirib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının aldıqları daşınmaz əmlakın sayı çox azdır, buna görə onlar bunu Ermənistanın təhlükəsizliyinə təhdid kimi görmürlər. İndiyə qədər Azərbaycan vətəndaşları İrəvanda səkkiz, Türkiyə vətəndaşları isə 82 daşınmaz əmlak alıblar”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
