Azərbaycan yeni təşkilatdan hansı faydaları əldə edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda dünya əhalisinin 41 faizini, iqtisadiyyatının 30 faizini, karbohidrogen ehtiyatlarının 41 faizini özündə birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın yolu hələ 2015-ci ildə kəsişib. Həmin ildə Azərbaycana təşkilatda “dialoq üzrə tərəfdaş” statusunun verilməsi barədə qərar qəbul edilib.
Ötən dövrdə Azərbaycan təşkilatla statusuna uyğun olaraq əməkdaşlığını davam etdirib. Həmçinin Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasında maraqlıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasını dəstəklədiyini bəyan edib.
Vurğulamaq lazımdır ki, 10 tamhüquqlu üzvü olan Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədlərindən biri də regionda sağlam iqtisadi əməkdaşlığın yaradılmasıdır. Azərbaycan indiyədək təşkilatın İqtisadi Forumunda və digər iqtisadi tədbirlərində yaxından iştirak edib.
Maraqlıdır, bəs, Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunmağın Azərbaycan üçün iqtisadi əhəmiyyəti nə olacaq?
#Şanxay Əməkdaşlıq Təşkilatı teqi istifadə olunub
- Çin-İran əlaqələrində soyuq münasibətlər dövrü başlayır? - Baku TV
- "Çox incə mesajlar verildi" | Azərbaycan və İran prezidentlərinin görüşü barədə şərh - Baku TV
- Çin idxalı artırıb | ŞƏT sammiti hansı iqtisadi münasibətlərə təkan verəcək? - Baku TV
- İlham Əliyev Bişkekdə Paşinyanla bir arada | Nələr müzakirə olundu? - Baku TV
- ŞƏT sammitində hansı qərarlar veriləcək?
