Pleyeri seçin:

İlham Əliyev Bişkekdə Paşinyanla bir arada | Nələr müzakirə olundu? - Baku TV

31 avqust 2026 129 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.

Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.

Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

Siyasət
11 sentyabr 2026 129 baxış
İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

Siyasət
11 sentyabr 2026 129 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

Siyasət
11 sentyabr 2026 129 baxış
Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV

Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 129 baxış
Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV

Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV

Siyasət
11 sentyabr 2026 129 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 129 baxış
Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR

Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR

Siyasət
11 sentyabr 2026 129 baxış
Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15 ili Bakıda qeyd olunur - Baku TV

Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15 ili Bakıda qeyd olunur - Baku TV

Siyasət
11 sentyabr 2026 129 baxış
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

Siyasət
10 sentyabr 2026 129 baxış
Diplomat kimin mesajını gətirib?

Diplomat kimin mesajını gətirib?

Siyasət
10 sentyabr 2026 129 baxış
Seçilmişlər
icon