Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla öz nəzarətinə keçirəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar erməni mediasında Ermənistanın Basarkeçər və Mehri rayonlarında bir çox dövlət obyektlərinin bağlanması geniş müzakirələrə səbəb olub.
Bəzi erməni ekspertlər iddia edirlər ki, bu ərazilər Zəngəzur dəhlizinə görə boşaldılır. Hətta bir qədər də irəli gedərək bir neçə erməni ailənin sözgüdən rayonları tərk etməsini də Azərbaycanın Ermənistana qarşı ərazi iddiası ilə əlaqələndirirlər.
Prezident İlham Əliyevin dəfələrlə Azərbaycanın Ermənistanın beynəlxalq hüquqla tanınmış ərazilərinə qarşı heç bir iddiası olmadığını bəyan etməsinə baxmayaraq, qarşı tərəf yenə də yalan danışmaqdan və böhtan atmaqdan əl çəkmir.
Politoloq Zaur İbrahimlinin sözlərinə görə, Ermənistan hərbi təxribatlarından əvvəl informasiya müşayiəti həyata keçirirlər:
"Sanki sonradan bu təxribata haqq qazandıra biləcək müəyyən informasiyalar dövriyyəyə buraxılır. Təxribat baş verəndən sonra da bu informasiyalardan Azərbaycan əleyhinə istifadə olunmağa cəhd göstərirlər. Bunlardan biri də Azərbaycanı təcavüzkar tərəf kimi göstərməkdir. Artıq erməni diplomatları da, xarici işlər nazirləri də çox israrla bu tezisi beynəlxalq ictimai rəydə yeritməyə çalışırlar ki, Azərbaycan Ermənistan ərazisindəki bəzi məntəqələri işğal edib, Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla öz tərəfinə keçirməyə çalışacaq. Əslində bu tip bəyanatlar Ermənistana xarici havadarlarının hərbi dəstəyini legitimləşdirməyə xidmət edir”.
Digər tərəfdən, Ermənistan bu kimi iddiaları tez-tez gündəmə gətirməklə Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə çalışır. Amma necə deyərlər, arzusu ürəyində qalır. Məsələn, etnik təmizləmə iddiaları ilə beynəlxalq məhkəmələrə, həmçinin BMT Təhlükəsizlik Şurasına müraciət etsələr də, istəkləri puça çıxıb. İndi isə Azərbaycanı Ermənistana qarşı hərbi təcavüzdə ittiham edərək Avropa İttifaqının gündəmində saxlamaq niyyəti güdürlər.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
