Pleyeri seçin:

Azərbaycana hücum etmək... | Paşinyan yeni müharibə ehtimalından danışdı

10 fevral 2025 405 baxış

“Azərbaycan tərəfi daha çox belə bir tezis üzərində cəmlənir ki, Ermənistan silahlanır və Azərbaycana hücuma hazırlaşır. Azərbaycanın isə özünü müdafiə etmək və qabaqlayıcı tədbirlər görmək hüququ var”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın məqaləsində deyilir.

“Bu tezislərin yaranması ilə bağlı iki versiya var: ya Azərbaycan, həqiqətən də, Ermənistanın ona hücum etmək niyyətində olduğunu düşünür, ya da özü hücum etmək niyyətindədir və buna zəmin yaratmağa çalışır. Hər iki halda əsas mülahizə ondan ibarətdir ki, Azərbaycan Ermənistanın Azərbaycana hücum etmək niyyətində olduğunu iddia edir”, – o qeyd edib.

Bununla belə, N.Paşinyan əlavə edib ki, Ermənistanın heç bir halda Azərbaycana hücum etmək niyyəti yoxdur.

“Hətta bir neçə dəfə bəyan etmişəm ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin 29 743 kvadratkilometrdən artıq hissəsi olan və hazırda Azərbaycanın işğalı altında olan ərazilərinin 200 kvadratkilometrdən çoxunu hərbi yolla geri qaytarmaq vəzifəsini belə qarşısına qoymur, çünki bu məsələnin həlli prinsipi artıq realdır. Bu, artıq delimitasiya prosesi ilə bağlı reqlamentdə öz həllini tapıb”, – o vurğulayıb.

İrəvanla Bakı arasındakı münaqişənin həll yolları haqqında mövqeyini açıqlayan N.Paşinyan bildirib ki, həll yolları masa üzərindədir, Ermənistan və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində hazırlanıb:

“Birincisi, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, həm də gələcəkdə belə iddiaların təqdim olunmaması məsələsini tamamilə həll edib. Sülh müqaviləsinin razılaşdırılmış hissəsi kifayət qədər dolğundur və imzalanmağa hazırdır.

Bundan başqa, iki tərəf qarşılıqlı silahlanma nəzarəti mexanizmlərinin yaradılması və sərhəd insidentlərinin birgə araşdırılması ilə bağlı yazılı təklif təqdim edib.

Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyası və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası normal və konstruktiv iş rejimində işləyir.

Bu günlərdə Ermənistan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar idarələrarası komissiyasının (yeri məlum deyil) və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələrinin iclası keçirilib.

Bütün bunlar o deməkdir ki, regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur, üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 405 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 405 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 405 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 405 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 405 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 405 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 405 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 405 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 405 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 405 baxış
Seçilmişlər
icon