Azərbaycana qarşı saxta ittihamlar səsləndirildi | Tarixçi məsələyə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın “Birinci Kanal”ında yayımlanan “Antifeyk” verilişi bu dəfə də Azərbaycanda feyk axtarışına çıxıb.
Verilişin son buraxılışlarından birində ölkəmizə qarşı saxta ittihamlar səsləndirilib.
Azərbaycan məktəblərində istifadə olunan 9-cu sinif dərsliyinə istinad edən verilişin aparıcısı Aleksandr Smol dərs vəsaitində yazılanları şübhə altına alıb:
“Azərbaycan tarixi” fənni üzrə 9-cu sinif dərsliyində qeyd olunur ki, guya Rusiya imperiyası təhsilin, elmin inkişafının qarşısını alıb, insanların sərbəst ifadə azadlığını məhdudlaşdırıb. Hətta guya ki, milli dildə qəzet nəşrinə icazə verməyib”.
Bu “faktı” Rusiyanın dərsliklərdə necə təqdim olunmasına dair araşdırmanın həmmüəlliflərindən biri Razil Quzaerov ortaya çıxarıb. Maraqlısı odur ki, “Birinci Kanal” bu məlumatları feyk hesab edir.
Rusiya imperiyasından, onun Qafqazda yürütdüyü siyasətdən az-çox xəbəri olanlar bilir ki, Rusiyanın Şimali Azərbaycanı istila etməsindən sonra Çar hökumətinin maarifçilik və mədəniyyət sahəsində əsas məqsədi imperiyanın maraqlarına uyğun təhsil sistemi yaratmaq olub. Əsas hədəf imperiyanın bu regionda siyasi və iqtisadi maraqlarının gerçəkləşməsini asanlaşdıracaq məmurlar ordusu hazırlamaq idi və bunu Moskvada da bilməmiş deyillər.
#Rusiya teqi istifadə olunub
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Yaşayış məntəqələrinə yaxınlaşan ayılar ərazidən uzaqlaşdırılır
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
