Azərbaycandan Albaniyaya vizasız getmək mümkün olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Albaniya və Azərbaycan arasında əməkdaşlığın hazırkı çox yaxşı tempi gələcəkdə də saxlanılacaq. Albaniyada tezliklə Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək. Əminəm ki, bu ay Albaniyanın şəhərlərinin dünyanın hər yerindən gələn turistlərlə dolu olan bir vaxtda Azərbaycan mədəniyyət həftəsi bayram ab-havasında keçəcək”.
Bu sözləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
Ölkələrimizin turizm sahəsini prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab etdiyini diqqətə çatdıran Albaniya Prezidenti deyib ki, əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır:
“Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. İlham Əliyev vədlərini reallığa çevirən şəxsdir və o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcək”.
#Albaniya teqi istifadə olunub
- Albaniyada etirazçılar Baş nazirin dialoq təklifini qəbul etməyiblər
- Baş nazir tələbələri günahsız hesab edir
- Albaniyada davam edən tələbə etirazları fonunda Təhsil Nazirliyinin binası yandırılıb
- Tələbələrin etiraz aksiyası polislə qarşıdurma ilə müşayiət olunub
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
