Azərbaycandan Ermənistana görüşlə bağlı təklif
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının artıq sərhəddə iki görüşü olub:
“Prinsip etibarilə hər hansı bir həssaslıq yaratmamaq şərti ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri və nümayəndə heyətləri də dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimizdən səslənib. Vaxt uyğun olduğu zaman belə görüşlərin Azərbaycan və Ermənistanda keçirilməsi perspektivinə gəldikdə isə niyə də yox. Düşünürəm ki, gec-tez bunu da görəcəyik”.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
