Pleyeri seçin:
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti buğda tədarükü həyata keçirilib - Baku TV
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit yola salınıb. Eyni zamanda indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.
Kopyalandı
#Azərbaycan Dəmir Yolları QSC teqi istifadə olunub
- Həccə gedəcək azərbaycanlılarla bağlı yenilik | Bakı-Tbilisi qatarını kimlər seçir? - YENİ BİR SƏHƏR
- Şad xəbər: Tbilisiyə qatar bileti ucuzlaşdı | Bakıda daha bir yol təmirə bağlanır - YENİ BİR SƏHƏR
- Tbilisiyə daha sərfəli qiymətə getmək mümkün olacaq - Baku TV
- ADY yükdaşıma imkanlarını artırmaq üçün lokomotiv parkını yeniləyir - Baku TV
- Xırdalan-Bakı xəttində yenilik | Sərnişinlər üçün şad xəbər - 24 SAAT
