Azərbaycanın bu qələbəsi də uzaqda deyil | Hüquq müdafiəçisindən Paşinyanla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyanın 1994-cü ildən bəri Bakı ilə danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi üzərində aparıldığı barədə bəyanatı ATƏT-in Minsk Qrupunun buraxılması üçün zəmin hazırlamasıdır”.
Bunu erməni politoloq Qriqor Balasanyan deyib.
“95% əminəm ki, bu bəyanatlarla Paşinyan Minsk Qrupunun buraxılması üçün hazırlıqlara başlayır. Bu həm də Prezident İlham Əliyevə Ermənistanın onun növbəti tələbini təmin etməyə hazır olduğuna işarədir”, – o bildirib.
Paşinyan sosial şəbəkə səhifəsində 1994-cü ildən atəşkəs sazişi bağlanandan sonra danışıqlar prosesinin yalnız Qarabağın Azərbaycana geri qaytarılması ətrafında getdiyini yazıb. Ermənistan Baş nazirinin sözlərinə görə, danışıqların başqa məzmunu olmayıb və bütün digər proseslər yalnız daxili siyasi məqsədlər üçün istifadə edilib.
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Armen Xaçatryan bildirmişdi ki, Minsk Qrupu yalnız sülh müqaviləsi imzalandıqdan sonra buraxılmalıdır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
