Azərbaycanın İrəvandakı Göy məscidində fars dili tədris olunacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz Ermənistanın potensial imkanlarına görə iki ölkənin ortaq cəhətlərini və gözəlliklərini tanıtmaqla fars dilini mümkün qədər yaymağa, İranofobiya ilə mübarizə aparmağa çalışırıq”.
Bu sözləri İranın Ermənistandakı mədəniyyət attaşesi Məhəmməd Əsədi Müvəhhidi deyib.
Məhəmməd Əsədi Müvəhhidi İranın Azərbaycanın memarlıq abidəsi olan İrəvandakı Göy məsciddə fars dilinin tədrisi üçün xüsusi imkanların olduğunu vurğulayıb.
O həmçinin İrana daha çox turist cəlb edilməsi üçün səy göstərilməli olduğunu qeyd edib:
“Ermənistanda İrana qarşı aparılan təbliğatı neytrallaşdırmaq üçün bu addım yaxşı vasitədir”.
O bildirib ki, Ermənistana gələndən sonra 7 ay ərzində İranı daha yaxından tanıması üçün 100 adamın səfərini təşkil edib.
#İran teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
