Azərbaycanın İsraildə səfirlik açması müzakirə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
28-29 dekabr 2022-ci il tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri baş tutub.
XİN-dən bildirilib ki, səfər çərçivəsində Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə İsrail tərəfindən Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri səfir Aliza Bin Nun rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub. Azərbaycan nümayəndə heyəti həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpitzlə görüşüb. Bununla yanaşı, Azərbaycan İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyevlə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin rəis müavini Aviv Ezra arasında görüş keçirilib.
Səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə də görüşlər təşkil olunub.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
