Pleyeri seçin:

Azərbaycanın mühüm iclasda iştirak etməməsinin səbəbi | Detallar açıqlandı

18 iyul 2025 628 baxış

Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirak etməyəcək.

Bu barədə “Trend” məlumat yayıb.

Adətən MDB iclaslarında Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

“Yaqub Eyyubov sözügedən tədbirdə iştirak etməyəcək. İmtinanın səbəbi Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsidir”, – deyə mənbə qeyd edib.

Bildirək ki, iyunun 27-si Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində həmyerlilərimizin yaşadığı evlərdə reydlər zamanı azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib, bir neçə nəfər saxlanılıb.

Azərbaycan XİN rəsmisi bu məsələni şərh edərkən bildirib ki, Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı insidentə gəlincə isə Azərbaycan Rusiyadan ötən ilin sonunda bu ölkənin hava məkanında vurulan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarə ilə bağlı faciənin tam və şəffaf şəkildə araşdırılmasını, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını və zərərçəkənlərə təzminatın ödənilməsini gözləyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatında bildirilib ki, zəruri addımların atılmaması, hadisələrin həqiqi mahiyyətinin təhrif edilməsinə cəhdlər, eləcə də Rusiyanın rəsmi şəxsləri və KİV-ləri tərəfindən AZAL-a məxsus təyyarənin vurulmasından sonra Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyası qəbuledilməzdir.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 628 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 628 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 628 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 628 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 628 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 628 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 628 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 628 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 628 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 628 baxış
Seçilmişlər
icon