Azərbaycanın qələbəsində Türkiyənin mənəvi dəstəyi
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində torpaqlarının 20 faizini itirən Azərbaycan 30 ildən sonra "Dəmir yumruq" əməliyyatı ilə Ermənistanın işğalına son qoydu.
Azərbaycan Ordusu nəyə qadir olduğunu dünyaya göstərdi, düşməni darmadağın edərək tarix yazdı. Elə bir tarix ki, hər keçən gün qürur, fərəh hissimiz daha da artır. Azərbaycanın haqq savaşında, böyük qələbəmizlə başa çatan Vətən müharibəsində tək olmadıq, qardaş Türkiyə siyasi, mənəvi dəstəyi ilə yanımızda idi.
İlk saatlardan qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli, birmənalı mövqeyi Azərbaycan xalqını çox sevindirdi. Rəsmi Bakının haqlı və ədalətli mövqeyini müdafiə edən R.T.Ərdoğan müxtəlif tribunalardan həm reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında çox böyük dəstək nümayiş etdirdi.
Millət vəkili Aydın Mirzəzadə deyir ki, Vətən müharibəsində qələbə qazanmağımızda Türkiyənin siyasi-mənəvi dəstək verməsinin çox böyük əhəmiyyəti oldu. Bu gün Azərbaycan - Türkiyə dostluğu bütün dünyada nümunə olaraq göstərilir.
Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi gücümüzə güc qatdı. Bu bir reallıqdır ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Tarixən də belə olub, indi də belədir, illər keçsə də, yenə də eyni olaraq qalacaq.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
