Azərbaycanın Tramp Administrasiyası dövründən gözləntiləri | Prezidentdən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampın dövründə ABŞ ilə güclü tərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxdığını bildirib.
“Euronews” telekanalına müsahibəsində dövlət başçısı vurğulayıb ki, geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmaq lazımdır:
“Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni Administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq”.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan tərəfi ABŞ-nin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirib:
“Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Donald Tramp Administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
