Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırıq | Nikol Paşinyan
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.
Paşinyan bildirib ki, Bakının irəli sürdüyü növbəti sülh sazişi təklifləri prosesin irəlilədiyini göstərir.
"Biz sülh sazişinin artıq 12-ci redaksiyasını aldıq və bu, prosesin dalana dirənmədiyini sübut edir. İndi öz təkliflərimizi təqdim etməliyik. Digər tərəfdən, sərhədin delimitasiyası üzrə komissiyalar da işləyir.
Onlar bu il əyani və onlayn formatda görüşüblər. Biz məsələnin həlli ilə bağlı təklif irəli sürmüşük və ümid edirik ki, Azərbaycan bu qərara müsbət yanaşacaq", ‒ deyə Ermənistanın Baş naziri qeyd edib.
Onun sözlərinə görə, bu təklif Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını nəzərdə tutur və bu xətt Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün Ermənistanın suveren ərazisindən keçəcək.
"Hər iki ölkə bir-birinin ərazisindən keçən dəmir yollarından beynəlxalq yükdaşımalar üçün istifadə imkanı əldə edəcək", ‒ deyə Paşinyan vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
