Pleyeri seçin:

Azərbaycanlı nazirdən AZAL-ın vurulan təyyarəsi ilə bağlı mühüm açıqlama | İlkin qənaət odur ki...

27 dekabr 2024 546 baxış

“Qalıqlar və şahid ifadələri təyyarəyə kənar müdaxilə olduğunu deməyə əsas verir”.

Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında bildirib.

O xatırladıb ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq komissiya yaradılıb.

Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.

Nazir bildirib ki, zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri Qroznı üzərində olarkən partlayış səsi eşitdiklərini söyləyiblər:

“Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb.

Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək mümkündür. Hava gəmisinin daxilində müxtəlif kəsici alətlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində üç dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.

Rəşad Nəbiyev vurğulayıb ki, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı:

“Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək.

Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq.

Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.

Nazir həmçinin qeyd edib ki, istər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət təyyarənin ekipajının qəhrəmanlıq göstərərək ən optimal eniş etməsidir:

“Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib”.

Banner
Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Siyasət
10 oktyabr 2026 546 baxış
Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Siyasət
10 oktyabr 2026 546 baxış
"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

Siyasət
10 oktyabr 2026 546 baxış
Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Siyasət
10 oktyabr 2026 546 baxış
Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Siyasət
10 oktyabr 2026 546 baxış
Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Siyasət
09 oktyabr 2026 546 baxış
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Siyasət
09 oktyabr 2026 546 baxış
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 546 baxış
Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Siyasət
09 oktyabr 2026 546 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 546 baxış
Seçilmişlər
icon