Pleyeri seçin:

Bakı AŞPA ilə bağlı şərtini elan etdi | Səməd Seyidovdan mühüm açıqlama

14 oktyabr 2024 584 baxış

“Bu yaxınlarda Avropa Şurasının Baş katibi səviyyəsində ABŞ-də BMT Baş Assambleyasının toplantısında görüş keçirildi. Bu görüşdə qarşılıqlı dialoq haqqında müzakirələr aparıldı. Amma bunun üzərindən bir neçə gün keçdikdən sonra AŞPA-da Azərbaycanla bağlı “dinləmələr” baş tutdu, almaniyalı ermənipərəst deputat Frank Şvabe kimiləri Azərbaycana qarşı əsassız dinləmələr təşkil etdi”.

Bu sözləri Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov “Teleqraf”a geniş müsahibəsində deyib.

O bildirib ki, bu dinləmələrdə birtərəfli mövqe sərgiləmək və əsassız olaraq dialoqdan çəkinmək, beynəlxalq davranışlara zidd yanaşmalar üstünlük təşkil edib.

S.Seyidov vurğulayıb ki, Azərbaycan heç vaxt hansısa qurum, təşkilat, dövlətlə münasibətləri pozmaqda maraqlı deyil:

“Ölkəmiz özünə qarşı olan qeyri-obyektiv mövqeyə milli maraqlar çərçivəsində cavab verir. Bir daha bəyan edilib ki, AŞPA özünün qərəzli mövqeyindən əl çəkərsə, Azərbaycan normal müstəvidə əməkdaşlığa hazırdır. Bu heç də şəxsiyyətlərarası münasibətlər deyil.

Söhbət dövlətlər, təşkilatlararası münasibətlərdən gedir. Ona görə də AŞPA öz mövqeyində korrektələr edəcəksə, Azərbaycanla təzyiq dilində danışmağın mümkünsüzlüyünü başa düşəcəksə, proseslər qaldığı yerdən davam edə bilər. Çünki qarşı tərəf nəhayət anlamalıdır ki, Azərbaycan özünün milli maraqlarını hansısa siyasi konyukturaya qurban verməyəcək”.

Banner
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 584 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 584 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 584 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 584 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 584 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 584 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 584 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 584 baxış
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV

Siyasət
09 noyabr 2026 584 baxış
Azərbaycan və Türkiyə ittifaqı Cənubi Qafqazda qüvvələr nisbətinin əsas dayağıdır - Baku TV

Azərbaycan və Türkiyə ittifaqı Cənubi Qafqazda qüvvələr nisbətinin əsas dayağıdır - Baku TV

Siyasət
09 noyabr 2026 584 baxış
Seçilmişlər
icon