"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın ilk günündə nələr müzakirə edildi? - Baku TV
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi Bakıda öz işinə başlayıb.
Sentyabrın 11-dək davam edəcək tədbir çərçivəsində “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” da keçirilir.
Tədbirlər iqlim qərarlarının praktiki icrasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və COP31 ərəfəsində iqlim fəaliyyətinin sürətləndirilməsinə həsr olunub.
İqlim Həftəsi çərçivəsində “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” mövzusunda dəyirmi masa da təşkil olunub.
Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov bildirib ki, Azərbaycanda binaların enerji effektivliyi üzrə elektron pasport sistemi yaradılacaq. Yeni sistem yeni tikilən, yenidən və əsaslı təmir olunan binaların pasportlaşdırılmasını nəzərdə tutur. Tarix və memarlıq abidələri, müvəqqəti tikililər, anbar binaları və fərdi yaşayış evləri isə istisna təşkil edəcək.
Hazırda binaların enerji effektivliyi üzrə elektron sistem inkişaf etdirilir. Prosesin oktyabr ayında yekunlaşdırılması planlaşdırılır.
İqlim Həftəsi sentyabrın 11-dək davam edəcək.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
