Bakı-İrəvan razılaşmasından 10 gün sonra... | Pezeşkianı hərəkətə keçirən hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian İrəvana gəlir. Onun ofisindən verilən məlumata görə, səfərin məqsədi ikitərəfli əlaqələri, xüsusilə də ticarət sektorunda əlaqələrin inkişaf etdirilməsidir. Bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Bu barədə “Past” qəzeti məlumat yayıb.
Ermənistan nəşri bildirib ki, Pezeşkian səfərdən əvvəl İran hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə məsləhətləşmələr aparıb:
“Müzakirənin diqqət mərkəzində Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizi ilə bağlı son razılaşma olub.
İran Prezidenti İrəvana Vaşinqtonda üçtərəfli bəyannamənin imzalanmasından 10 gün sonra gəlir. Üstəlik, İran hakimiyyətinin sekulyar qanadı razılaşmaya bir qədər təmkinli reaksiya verərkən, ölkədə aparıcı rol oynayan mühafizəkar qanad kifayət qədər sərt mövqelər sərgiləyir, hədələyir.
Pezeşkianın səfərindən əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, Tehran hadisələri diqqətlə izləyir: “Cənubi Qafqaz regionu bizim və region ölkələri, xüsusən də Rusiya üçün mühüm siyasi, iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Hadisələri açıq gözlə izləyirik”.
Görünən budur ki, İrəvan hələ də dəhlizlə bağlı Tehranın suallarına tam cavab verməyib. Baxmayaraq ki, Baş nazir Paşinyan bu yaxınlarda ABŞ KİV-ə müsahibəsində bu barədə danışıb, xarici işlər nazirinin müavini Vaan Kostanyan Tehranda işgüzar səfərdə olub.
Bütün bunların fonunda Pezeşkian Ermənistana Paşinyandan cavablar almaq və müvafiq olaraq İranın mövqelərini aydınlaşdırmaq üçün gəlir”.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
