Bakı növbəti qlobal tədbirə ev sahibliyi edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının – COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək.
Bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
#COP29 teqi istifadə olunub
- "İstər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik" | Prezident - Baku TV
- "Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV
- COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU
- İki fərqli qitənin iki fərqli konfransı | COP29 tarix yazdı, COP30 isə dərs oldu
- Azərbaycan gəncləri planetin gələcəyinə necə töhfə verir? | COP BAKU
