Bakı Rusiya və Gürcüstan arasında vasitəçi olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
"7-8 il öncə Rusiya və NATO hərbi rəhbərliyi Azərbaycanda görüşdü. Rusiyanın Baş Qərargah rəisi NATO-nun Avropadakı baş komandanı ilə məhz Bakıda üç dəfə görüşüb, fikir mübadiləsi apardı".
Bu sözləri politoloq Elxan Şahinoğlu Abxaziya ilə bağlı görüşlərin Bakıda keçirilməsi təklifi ilə bağlı məsələyə münasibətində qeyd edib.
"Prinsip etibarı ilə Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Əgər Gürcüstanın da belə bir istəyi olarsa, bəli, razılaşmaq olar.
Bu, Azərbaycanın bölgədəki rolunun artmasına işarədir", – politoloq vurğulayıb.
O bildirib ki, Rusiya və Gürcüstanın uzun müddətdir İsveçrədə apardığı nəticəsiz dialoqun Bakıda olması problemin həllinə töhfə verə bilər.
Qeyd edək ki, Abxaziyanın nümayəndələri Moskvanın Cenevrə müzakirələrini Minskə və ya Bakıya köçürməyi düşündükləri barədə açıqlama veriblər.
#Rusiya teqi istifadə olunub
- Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV
- Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI
- Ankara hərəkətə keçdi
- Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
