Pleyeri seçin:

Bakı Təşəbbüs Qrupundan Kanak xalqına təbrik | Makron indi nəyə məcbur qaldı?

02 oktyabr 2024 289 baxış

Bakı Təşəbbüs Qrupu Kanak xalqını azadlıq mübarizəsində verdiyi böyük qurbanlar hesabına Makron iqtidarını geri çəkilməyə məcbur etməsi münasibətilə təbrik edib.

Bakı Təşəbbüs Qrupunun təbrikində deyilir: “Məlum olduğu kimi, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyi, habelə Kanak xalqının hüquq və azadlıqlarının Makron iqtidarı tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq bir neçə aydı dinc aksiyalar keçirilir.

Bu aksiyalar nəticəsində 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Eyni zamanda Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin əsas fiqurları, xüsusilə hərəkatın lideri Kristian Teyn qanunsuz həbs edilərək Lion şəhərinə köçürülüb. Bakı Təşəbbüs Qrupu ilk gündən bu siyasi məhbus ailələrinə dəstək verib və dəstək verməkdə davam edəcək.

Dinc etiraz aksiyalarını yerli xalqlara atəş açmaqla susdura bilməyəcəyini nəhayət dərk edən Makron iqtidarı Kanak xalqı qarşısında geri çəkilmək məcburiyyətində qalıb. 1998-ci ildə Fransa hökuməti ilə Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi arasında imzalanan Numea sazişindən bəri ilk dəfə Fransa tərəfi Kanak xalqının tələblərini yerinə yetirməyi öhdəsinə götürüb.

Yeni Kaledoniyanın ardınca digər müstəmləkələrdə etiraz dalğasının baş qaldırması və sürətlə genişlənməsi Fransa hökumətini məcbur etdi ki, bəzi güzəştləri etsin:

Bundan sonra Koloniyaların məsələləri ilə Dənizaşırı ərazilər üzrə nazir deyil, Baş nazir özü birbaşa məşğul olacaq. Fransa Milli Assambleyası və Senatının sədrləri dialoqun qurulması məqsədi ilə tezliklə Yeni Kaledoniyaya səfər edəcəklər. Baş nazir və dənizaşırı ərazilər naziri yanında formallaşdırılmış nazirliklərarası nümayəndə heyəti Yeni Kaledoniya ilə danışıqlar aparacaq. Dövlət başçısı ilə razılıq əsasında Yeni Kaledoniyada 2024-cü ilin sonunda keçirilməsi nəzərdə tutulan əyalət seçkiləri 2025-ci ilin sonuna qədər təxirə salınır. Fransa Parlamentinin palataları bununla bağlı qərar qəbul edəcəklər. Yeni Kaledoniyada seçki kütləsinin sayının qanunsuz artırılması ilə bağlı 2024-cü ilin may ayında qəbul edilmiş konstitusiya qanunu Fransa Konqresinə səsverməyə təqdim edilməyəcək. Fransanın dövlət başçısı bunu noyabr ayında rəsmən bəyan edəcək.

Bu o deməkdir ki, Fransa hökuməti bundan sonra Yeni Kaledoniyaya məqsədli şəkildə kənardan köçürtdüyü miqrantlara səsvermə hüququ verə bilməyəcək.

Bakı Təşəbbüs Qrupu inanır ki, Kanak xalqının azadlıq mübarizəsi yerli xalqın əsas tələbi olan müstəqilliyin qazanılması ilə yekunlaşacaq”.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 289 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 289 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 289 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 289 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 289 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 289 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 289 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 289 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 289 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 289 baxış
Seçilmişlər
icon