Bakıda Aşıq Ələsgərin abidəsi ucaldıldı | Prezidentin açılışda iştirakı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki sərəncam imzalayıb. Bir sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. İkinci sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulub. Bu gün Bakının mərkəzində Aşıq Ələsgərin abidəsi ucaldılıb.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, aşığın nəticəsi Xətai Ələsgərli çıxış edərək Aşıq Ələsgər haqqında fikirlərini bildiriblər.
Prezident İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılışını edib. Abidə önünə gül dəstəsi qoyub. Sonda xatirə şəkli çəkdirilib.
#İlham Əliyev teqi istifadə olunub
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
- Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı - Baku TV
