Pleyeri seçin:

Bakıda "Euronews" televiziyasının yerli ofisi fəaliyyətə başladı

18 noyabr 2025 585 baxış

Bakıda “Euronews” televiziyasının yerli ofisi fəaliyyətə başlayır. Bu münasibətlə təşkil olunan açılış mərasimində media nümayəndələri, diplomatlar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən "Euronews"un Direktorlar Şurasının sədri Pedro Varqas David bildirib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirib və bu mövqeyə görə təzyiqlərə məruz qalıb.

O, Avropanın nüfuzlu media qurumunun Bakı ofisinin açılışından məmnunluq duyduğunu qeyd edib:

“Biz Azərbaycanda media və jurnalistika sahəsini gücləndirmək istəyirik. Mövcud vəziyyəti və çətinlikləri başa düşürük, bu bir inkişaf prosesidir. Avropalı və azərbaycanlı jurnalistlərin birlikdə işləməsi peşənin inkişafına, daha müstəqil və azad medianın formalaşmasına töhfə verəcək. Bakıda təxminən 15 nəfərlik bir komanda olacaq. Hazırda onların yarıdan çoxu artıq işə qəbul edilib. Gələcəkdə onların sayını artırmaq niyyətindəyik. Biz bunu daha əvvəl Özbəkistan, Qazaxıstan və Qətər kimi ölkələrdə təcrübədən keçirmişik”.

Pedro Varqas Davidin sözlərinə görə, Bakıda ofisin açılması kanal üçün mühüm mərhələdir, “Euronews”un regiondakı mövqelərinin gücləndirilməsinin rəmzidir, hadisələrin obyektiv və qərəzsiz işıqlandırılması sahəsində Azərbaycanla əməkdaşlığın davamıdır.

Mərasim zamanı “Euronews”un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri təqdim olunub. Həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin liderlərindən regionun Avropa ilə münasibətlərinə təsir edən əsas siyasi, iqtisadi və sosial proseslər barədə alınan müsahibələri əhatə edən “Eurasia Talks” verilişi nümayiş etdirilib. Tədbir mədəni proqramla yekunlaşıb.

Qeyd edək ki, “Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 585 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 585 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 585 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 585 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 585 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 585 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 585 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 585 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 585 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 585 baxış
Seçilmişlər
icon