Pleyeri seçin:

Bakıdan strateji jest: Ermənistan qarşılığında nə edəcək? | GLOBAL PANORAMA

26 dekabr 2025 663 baxış

“Global Panorama”nın budəfəki buraxılışında Azərbaycanla Ermənistan arasında ilk dəfə həyata keçirilən rəsmi benzin tədarükünün regionda dəyişən siyasi və iqtisadi reallıqların göstəricisi olduğu vurğulanıb.

Verilişdə qeyd edilib ki, bu addım uzun illər qapalı qalan iqtisadi əlaqələrin mərhələli şəkildə açılmasının praktik nümunəsi kimi diqqət çəkir.

Proqramda bildirilib ki, “Azərbaycan Dəmir Yolları”na məxsus yük qatarı ilə “Aİ-95” markalı benzinin Gürcüstan üzərindən Ermənistana çatdırılması postmünaqişə dövründə Bakı tərəfindən seçilmiş rasional və praqmatik strategiyanın tərkib hissəsidir. Bu prosesin təsadüfi deyil, əvvəlcədən razılaşdırılmış və planlı qərar olduğu xüsusi vurğulanıb.

Verilişdə Azərbaycanın regionda tranzit və logistika imkanlarını genişləndirən əsas aktorlardan biri kimi çıxış etdiyi, marşrutların işlək vəziyyətə gətirilməsinin isə siyasi ritorikadan daha təsirli mesaj verdiyi qeyd olunub.

Eyni zamanda Ermənistan üçün bu tədarükün yanacaq bazarının diversifikasiyası və enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Proqramda qeyd edilib ki, iqtisadi asılılıqların yaranması siyasi dialoqun tonunu da dəyişir və qarşılıqlı faydaya əsaslanan münasibətlər üçün yeni imkanlar açır.

Vurğulanıb ki, Azərbaycan regionda sülhü bəyanatlarla deyil, işlək mexanizmlərlə möhkəmləndirməyə çalışır. Yanacaq, tranzit və ticarət üzərindən qurulan bu əməkdaşlıq modelinin gələcəkdə daha geniş iqtisadi və siyasi əlaqələrin əsasını qoya biləcəyi qeyd edilib.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 663 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 663 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 663 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 663 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 663 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 663 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 663 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 663 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 663 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 663 baxış
Seçilmişlər
icon