“Balaca erməni uşaqları bizə türkeş deyib daş atırdılar” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Balaca erməni uşaqları bizə türkeş deyib daş atırdılar” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Gölkənd kənd sakini Elzadə Süleymanovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərindən, kənd həyatından söz açıb:
“Orada hamının qapısı hamıya açıq idi. Biz qohumumuza, qonşumuza gedəndə heç kəsin qapısını döymürdük. Hər kəsi öz evimiz kimi bilirdik. Bizim tərbiyəmizlə bütün kənd məşğul olurdu. Məktəbi biz hamımız məbəd bilirdik. Bizim oxumağımıza valideylərimizdən çox müəllimlər çalışırdılar. Elə bir sistem yaranmışdı ki, hamı kitab oxuyurdu. Kəndimizdə çox saflıq, mehribanlıq, məhəllələr, bulaqlar, yaylaqlar, yataqlar var idi”.
E.Süleymanova ermənilərin qəlbində bizə qarşı həmişə nifrətin olduğunu bildirib, onların məkrli əməllərindən danışıb, qaçqınlıq həyatının ağır olduğunu, həmin illərdə həyat yoldaşının şəhid olduğunu bildirib:
“Qaçqınlıq elə bir şeydir ki, onu yaşayanlar bilər. Mən kənddə 18 il yaşamışam. Atam hər gün deyirdi ki, kəndimizə çatan kimi qurbanlar kəsəcəyəm, Murğuz dağını qırmızıya boyayacağam. Anam da hər səhər çölə çıxırdı, havaya baxıb deyirdi ki, indi yəqin Murğuz dağının başına qar yağdı. Yəqin ki, kəndə yağış yağdı. Şəmkirdə yaşayırdı, ancaq doğulduğu kəndi düşünür, ağlayırdı. Çox çətin idi.
Gölkənddə doğulan həyat yoldaşım Pirnəzərov Rizvan Məhərrəm oğlu 1992-ci il avqustun 13-də Gədəbəy rayonunun İvanovka kəndində növbəti yüksəkliyin ələ keçirilməsi zamanı şəhid olub”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq müstəvidə həll olunur? - AKTUAL GÜNDƏM
- Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
- Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi
- Beynəlxalq tribunada Qərbi Azərbaycan həqiqətləri | Tehran Vaşinqtonu ittiham edib - YENİ BİR SƏHƏR
- “Belində samovar qaynadıblar” | Araz Yaquboğlu azərbaycanlı ailəyə edilən zülmü danışdı - O VAXTLAR
