Baş nazir Moskvadan Ermənistana səsləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Əli Əsədov Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin davam etdirilməsi üzrə möhkəm qətiyyət nümayiş etdirdiyini bildirib.
Bu barədə Əli Əsədov dekabrın 18-də MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı deyib.
"Fürsətdən istifadə edərək, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin davam etdirilməsi üzrə möhkəm qətiyyətini bir daha ifadə etmək istəyirəm.
Bu yaxınlarda alınan müsbət siqnalları nəzərə alaraq, bu istiqamətdə konstruktiv dialoqun davam etdirilməsini son dərəcə mühüm hesab edirik. Yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgəyaşayış ümidləri bəxş edəcək", – o vurğulayıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
