Başqalarına ağıl verməkdənsə... | Hikmət Hacıyevdən Avropa komissarına sərt cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının Məşğulluq və Sosial Hüquqlar üzrə komissarı Nikolas Şmitin Strasburqda Avropa Parlamentində səsləndirdiyi əsassız ittihamlara və absurd çağırışlarına cavab verib.
Bununla bağlı o, “Politico”ya açıqlama verib.
“Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd teatrı və ya sirki xatırladır. Dünya bu qurumdakı biabırçı korrupsiya əməllərini görür. Azərbaycanın əleyhinə yüksək səslə çıxış edənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hökumətinin piar kampaniyasının bir hissəsidir”, – deyə Hikmət Hacıyev bildirib.
“Mən həmçinin Avropa İnsan Hüquqları üzrə komissarına başqalarına mühazirə oxumaq əvəzinə Avropa İttifaqında artan insan haqları problemlərini ciddi şəkildə həll etməyi məsləhət görərdim. Günahsız azərbaycanlı mülki vətəndaşları qətlə yetirən erməni hərbi cinayətkarların azad edilməsi çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə bərabərdir”, – deyə o əlavə edib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
