Pleyeri seçin:

Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV

01 oktyabr 2026 346 baxış

Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi çərçivəsində “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumu keçirilib.

Forumun açılış mərasimində və panellərdə çıxışlar zamanı media sahəsində əməkdaşlığın genişləndirilməsi, etimadın gücləndirilməsi və qütbləşmiş dünyada medianın rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.

Forum AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbir olmaqla üzv dövlətlər arasında media və kommunikasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi baxımından mühüm platforma kimi nəzərdə tutulub.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay çıxışında media vasitəsilə etimadın qurulmasının ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib.

Bildirilib ki, müasir kommunikasiya imkanlarının genişlənməsi informasiya mübadiləsini daha əlçatan etməklə yanaşı, media subyektlərinin məsuliyyətini də artırır və bu şəraitdə peşəkar jurnalistika, dialoq və etimad əsaslı kommunikasiya xüsusi aktuallıq kəsb edir.

Banner
Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Siyasət
21 noyabr 2026 346 baxış
Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Siyasət
21 noyabr 2026 346 baxış
Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI

Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI

Siyasət
21 noyabr 2026 346 baxış
Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV

Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV

Siyasət
21 noyabr 2026 346 baxış
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV

İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
21 noyabr 2026 346 baxış
Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
21 noyabr 2026 346 baxış
Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Siyasət
21 noyabr 2026 346 baxış
BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

Siyasət
21 noyabr 2026 346 baxış
Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Siyasət
20 noyabr 2026 346 baxış
Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Siyasət
20 noyabr 2026 346 baxış
Seçilmişlər
icon