Baydendən Fələstinə ittiham: Bu, müharibə aparmağın bədəlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstin hökuməti Qəzzada ölənlərin sayının 6 546-ya yüksəldiyini, 17 439 nəfərin yaralandığını açıqlasa da, ABŞ Prezidenti Co Bayden diqqətçəkən bəyanat verib.
Bayden deyib ki, fələstinlilərin Qəzzada ölənlərin sayı barədə yaydığı məlumata güvənmir. Bayden Fələstin rəsmilərinə niyə şübhə ilə yanaşdığını açıqlamayıb.
“Fələstinlilərin neçə insanın öldürüldüyü barədə həqiqəti deyib-demədikləri barədə heç bir fikrim yoxdur. Əminəm ki, günahsız insanlar öldürülür və bu, müharibə aparmağın bədəlidir. Ancaq mən fələstinlilərin açıqladığı rəqəmlərə inanmıram”, – deyə o bildirib.
ABŞ-nin ən böyük müsəlman qeyri-hökumət təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası Baydenin Qəzzada fələstinlilərin itkilərinin sayına şübhə yaradan açıqlamalarını “şok” adlandırıb və pisləyib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
