Pleyeri seçin:

BBC-nin Qarabağdan qərəzli xəbərinin arxasında nə dayanır?

03 sentyabr 2023 197 baxış

Böyük Britaniyanın nüfuzlu media orqanı BBC-nin Qarabağla bağlı hazırladığı veriliş təəssüf və hiddət doğurur.

Aparıcısı Kristian Frezerin olduğu “Context” verilişində iki erməni Qarabağdakı hadisələrlə bağlı danışır. Daha doğrusu, nağıl söyləyir, hədyan səsləndirir. Veriliş “Dağlıq Qarabağda humanitar böhran” başlığı ilə təqdim olunub. Danışanlar da bu mövzuda ənənəvi erməni fikirlərini təqdim edirlər.

BBC Britaniyanın ictimai yayım xidmətçisidir. Hökumətlə açıq-gizli əməkdaşlığı var. BBC-nin bu süjetinin özü qərəz və ədalətsizlikdən ibarətdir.

Necə yəni böhran? Qarabağda böhranmı var? İkincisi, niyə BBC Qarabağ adının önünə “Dağlıq” sözünü yapışdırır? Axı Dağlıq Qarabağ deyilən bir ərazi yoxdur. Qarabağ iqtisadi rayonu var. Bu da Azərbaycan ərazisidir, vəssalam. Bu, qərəzin bir hissəsidir.

BBC Artak Beqlaryanı “Artsax respublikasının keçmiş ombudsmanı” kimi tanıdır. Bu qədəri də yox! Axı Qarabağda heç bir dövlət olmayıb. Hələ Azərbaycan-Ermənistan münaqişəsi zamanı qondarma rejimin “müstəqilliyini” heç bir ölkə tanımamışdı.

İndi isə o qondarma rejim də tarixin arxivinə gömülüb. Azərbaycan yeni reallıq yaradıb. Bəs görəsən, BBC-yə nə gəlib ki, “Artsax respublikası” ifadəsindən istifadə edir? Bu, erməni təbliğatının dilidir. Bu, Ermənistanın işğalçılıq siyasətinin propaqandasını aparmaqdır.

Böyük Britaniya ilə Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Britaniya özü Azərbaycanın mövqeyini ikiəlli dəstəkləyir. BBC, yaxşı olar ki, səhvini düzəltsin. Hətta peşəkar media orqanıdırsa, etdiyi rəzilliyə görə Azərbaycandan üzr də istəməlidir.

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib

Siyasət
23 dekabr 2025 197 baxış
Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı

Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı

Siyasət
23 dekabr 2025 197 baxış
İlham Əliyev “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
23 dekabr 2025 197 baxış
Prezident İlham Əliyev ovaxtkı rəhbərliyin qorxaqlığından danışdı

Prezident İlham Əliyev ovaxtkı rəhbərliyin qorxaqlığından danışdı

Siyasət
23 dekabr 2025 197 baxış
Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb

Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb

Siyasət
23 dekabr 2025 197 baxış
Prezident İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşüb

Prezident İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşüb

Siyasət
23 dekabr 2025 197 baxış
Kərkicahan sakinlərindən Prezidentə xoş diləklər - Baku TV

Kərkicahan sakinlərindən Prezidentə xoş diləklər - Baku TV

Siyasət
23 dekabr 2025 197 baxış
İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub - Baku TV

İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub - Baku TV

Siyasət
23 dekabr 2025 197 baxış
İlham Əliyev Kərkicahanda görülən işlərlə tanış oldu - Baku TV

İlham Əliyev Kərkicahanda görülən işlərlə tanış oldu - Baku TV

Siyasət
23 dekabr 2025 197 baxış
Kərkicahanda 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı - Baku TV

Kərkicahanda 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı - Baku TV

Siyasət
23 dekabr 2025 197 baxış
Seçilmişlər
icon