Belarus Prezidenti Lukaşenko Azərbaycanda səfərdədir
Azərbaycana dövlət səfərinə gələn Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib. Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Aleksandr Lukaşenkonun qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Daha sonra prezidentlər arasında təkbətək görüş başlayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşüb
- Kərkicahan sakinləri ad günü münasibətilə Prezidentə arzularını çatdırdı - Baku TV
- "34 ildən sonra..." | Prezident doğma yurda qayıdan Kərkicahan sakinlərini təbrik etdi - Baku TV
- Prezident İlham Əliyev Kərkicahanda sakinlərlə bir arada - Baku TV
- İlham Əliyev Qarabağda səfərdədir - Baku TV CANLI
