Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana dövlət səfərinə gələn Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib. Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Aleksandr Lukaşenkonun qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Prezidentlər təkbətək görüş keçiriblər. Daha sonra Azərbaycan və Belarus Prezidentlərinin geniş tərkibdə görüşü baş tutub.
Bundan başqa, iki ölkə başçısının iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
