Pleyeri seçin:

Berlində Qarabağla bağlı təxribat

04 mart 2024 371 baxış

Martın 6-da Berlində “Arsaxın mədəni irsi” adlı qondarma tədbirin keçirilməsi nəzərdə tutulub. Özü də tədbiri Corc Sorosun Açıq Cəmiyyət İnstitutu maliyyələşdirir.

Təbii ki, fevralın 28-də Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra adından da göründüyü kimi, belə bir qondarma tədbirin təşkili sülh danışıqlarına zərbə vurmaqdan başqa bir şey deyil. Elə bu məqsədlə Azərbaycanın Qeyri-Hökumət Təşkilatları sözügedən “tamaşa”nın təşkilatçıları olan Almaniyanın Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayaraq qərəzli və ermənipərəst tədbirin keçirilməsinə etiraz ediblər.

Məktubda 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması, məscidlərimizin təhqir olunması faktları sadalanaraq sözügedən təşkilatların etnik təmizləmə və vandallıq hərəkətlərinə fəaliyyətsiz və səssiz qalmaları qınanılıb.

Mətndə o da qeyd olunub ki, işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda ermənilərin basdırdığı 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın təmizlənməsi prosesinə də qeyd edilən təşkilatlar etinasız yanaşıb.

“İnanmaq istəyirik ki, sizin müdaxilənizlə məsələ həllini tapacaq və rəhbərlik etdiyiniz qurumlar islamofob tədbiri ləğv edəcək”, – deyə məktubun sonunda qeyd edilib.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 371 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 371 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 371 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 371 baxış
Seçilmişlər
icon