Biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik | Ərdoğan
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nümayiş etdiriblər və biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə deyib.
“İşğal altında olan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmanı alqışladıq. Türkiyə olaraq qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik”, – R.T.Ərdoğan bildirib.
Türkiyə lideri Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib:
“Kahramanmaraşda azərbaycanlı qardaşlarımızın zəlzələdən sonra tikdiyi evlərə sarsılmaz qardaşlıq bağının simvolu kimi baxırıq”.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
