Pleyeri seçin:

Blinken İlham Əliyevə zəng etdi

21 mart 2023 149 baxış

ABŞ-nin dövlət katibi Antoni Blinken martın 21-də Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub.

Dövlət başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.

Prezident vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlət başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

Prezident İlham Əliyev son həftələr ərzində Ermənistanın Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb.

Ölkə başçısı bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü – martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.

Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir. A.Blinken bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.

Dövlət başçısı Münxendə keçirilən görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Prezidentin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 149 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 149 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 149 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 149 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 149 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 149 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 149 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 149 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 149 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 149 baxış
Seçilmişlər
icon