BMT Baş Assambleyasının 79-cu sessiyasının "Yüksək Səviyyəli Həftə"si öz işinə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si öz işinə başlayıb.
BMT-yə üzv 193 ölkədən ölkə liderlərini, dövlət və hökumət nümayəndələrini bir araya gətirən ənənəni həftənin ilk iki günündə Gələcək naminə Sammitin (Summit for the Future) açılışı olub.
Zirvə BMT-nin Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Fliemon Yanqın sədrliyi ilə baş tutub.
Toplantıda qlobal əməkdaşlığı gücləndirmək və cari çağırışlara səmərəli uyğunlaşma yolları, dünya miqyasında bəşəriyyətin tərəqqisinə təkan vermək məqsədi daşıyan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma yolları, nüvə silahlarından istifadənin qarşısının alınması və qlobal güclərin həmrəyliyi əsas müzakirə mövzusudur.
Sammitdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.
“Gələcək Sammiti Gələcək naminə Paktının qəbulu ilə yenicə başlayıb. Sammit bütün bəşəriyyət və gələcək nəsillər naminə iqlim böhranı da daxil olmaqla, indi və gələcəkdə qarşılaşdığımız problemləri necə idarə edəcəyimizi müzakirə etmək üçün platforma olacaq”, – deyə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkə hesabında yazıb.
#BMT Baş Assambleyası teqi istifadə olunub
- SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak edib - Baku TV
- Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV
- ABŞ-yə buraxılmayan Mahmud Abbas BMT tribunasına necə çıxacaq? - Baku TV
- BMT Afrikanı real ölçülərdə göstərən xəritəyə keçidi artıq rəsmən dəstəkləyir - Baku TV
- Netanyahu həbs bəyanatına baxmayaraq, Nyu-Yorka gedəcək
