BMT beynəlxalq həmrəyliyi gücləndirməyə davam etməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan hökuməti “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” kimi mühüm qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edib”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında səsləndirib.
“Dünya, sərhədləri aşan çoxsaylı problemlərlə üzləşməyə davam edir. İqlim dəyişikliyi tendensiyalarının kəskinləşməsindən tutmuş köklü yoxsulluğa, artan gərginliyə və dağıdıcı pandemiyalara qədər bu çağırışlar yerimizdən və ya məkanımızdan asılı olmayaraq hamımızı narahat edir, cəsur və yekdil tədbirlər tələb edir. Hazırkı beynəlxalq siyasət getdikcə daha çox parçalanır və çoxtərəfliliyin bölünməsinə və aşınmasına gətirib çıxarır. Artan dözümsüzlük və ayrı-seçkilik tendensiyası, xüsusən də islamofobiya və nifrət nitqinin həyəcanverici dalğası narahatedicidir. Bu çağırışın qarşısını almaq üçün çoxəsrlik müxtəliflik və multikulturalizm ənənələrinə sahib olan Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və hörmətin təşviqinə qətiyyətlə inanır. Artan çağırışlar fonunda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyə davam etməsi vacibdir”, – nazir qeyd edib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
