BMT-də özbaşınalıq: Ermənistan gizli iclas keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib.
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatların bu davranışını pisləyərək onları beynəlxalq təşkilatın platformasından “sui-istifadə etməkdə” suçlayıb. Bildirilib ki, Ermənistanın Daimi Nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək digərlərinə qapıları bağlayıb. Hətta vicdanlı müzakirələrdən qaçınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə qoyaraq qapalı iclas təşkil edib.
Adətən BMT-də ictimai müzakirələr açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir. Amma Ermənistanın Daimi Nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq hüququndan nəinki məhrum etməsi, hətta onları polislə hədələməsi bir neçə ölkənin diplomatlarının çaşqınlığına və hiddətinə səbəb olub. Bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyillər daha da güclənir. Açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur. Aydındır ki, bu cür yanaşma BMT Nizamnaməsinin ruhu və hərfi, Təşkilatın məqsədləri ilə bir araya sığmır.
Təsadüfi deyil ki, BMT Katibliyi konfrans zalının məlumat ekranında bu tədbirin sponsor ölkəsi olan Ermənistanın təşəbbüsü və məsuliyyəti ilə keçirildiyi barədə xüsusi qeyddə bunun qurum tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib.
Azərbaycanın Daimi Nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
