BMT-nin Baş katibi Azərbaycan və Ermənistanla bağlı bəyanat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb.
Bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
Onun sözlərinə görə, Baş katib Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini diqqətlə izləyir.
O, aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə olunmuş razılaşmanı alqışlayır.
“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, – deyə bəyanatda bildirilir.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
