BMT-nin iclasında Ermənistanın dövri məruzəsinə baxış keçirildi | Orada bir azərbaycanlı belə...
Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövri məruzəsinə baxış keçirilib.
Dekabrın 2-də baş tutan ilkin baxış zamanı Komitə üzvü Çunq Çinsunq İrəvanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək Ermənistanda bir nəfər belə azərbaycanlının yaşamadığını vurğulayıb.
O bu halda sənəddə Azərbaycanla bağlı saysız-hesabsız ittihamın öz əksini tapmasının yersiz olduğunu və məsələyə aydınlıq gətirilməsini tələb edib.
Ermənistan nümayəndə heyətinin rəhbəri, ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib.
O, sənəddə Azərbaycanla bağlı yazılanların məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyə çalışıb.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
- Səudiyyə Ərəbistanının əsas hava limanlarından biri raket hücumuna məruz qalıb - Baku TV
- 2025-ci ildə bu rəqəm 6 milyona yaxın olub
- Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
- Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər
