Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Bakıda
Prezident İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.
Jelka Tsviyanoviç İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Dövlət başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın Balkan regionu ilə əlaqələrinin, bu xüsusda Bosniya və Herseqovina ilə əməkdaşlığının inkişafı xüsusi qeyd edilib. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub. Jelka Tsviyanoviç bu tədbirdə çox aktual məsələlərin müzakirə olunduğu vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV
- Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV
- Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV
