Böyük cəsarət göstərdilər | Prezident qəzaya düşən təyyarəmizin ekipaj üzvlərindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə və qəza enişi olsa da, təyyarəni endirə bildilər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.
“Ekipajın digər üzvləri – bələdçilər də soyuqqanlılıq göstəriblər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstəriblər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir.
Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi”, – dövlət başçısı əlavə edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Maka Boçorişvili ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- Monteneqronun Baş naziri Miloyko Spayiç Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Azərbaycandan Türkiyəyə təbrik | Zelenskidən çağırış: dördtərəfli görüş olacaq? - YENİ BİR SƏHƏR
- Dövlət başçısı Donald Trampın xoş sözlərinə görə səmimi minnətdarlığını ifadə etdi - Baku TV
- Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Baku TV
