“Bu, Bakı-Moskva münasibətlərini pozmamalıdır” | Peskovdan mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycanın qarşılıqlı faydalı münasibətlərini pozmamalıdır”.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
“Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur. Burada fikir ayrılığımız var. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna ilə bağlı əvvəldən belə bir mövqe tutub. Biz də əvvəldən onunla razılaşmadıq”, – deyə Kreml rəsmisi qeyd edib.
D.Peskov ümid edir ki, Ukrayna ilə bağlı fikir ayrılıqları Moskva ilə Bakı arasındakı münasibətlərə mane olmayacaq.
O əlavə edib ki, bu həftə Rusiya-Ukrayna danışıqlarının yeni, birbaşa üçüncü raundunun keçirilməsi planlaşdırılır. Tarix dəqiqləşən kimi rəsmən açıqlanacaq.
Rusiya mətbuatında isə vurğulanıb ki, növbəti görüş iyulun 24-25-i İstanbulda baş tutacaq.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
