Bu, Bakıdan Belarusa sensasion jestdir | Markov Paşinyanı yıxıb sürüdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus lideri Aleksandr Lukaşenkonun Şuşaya gəlməsi və verdiyi bəyanatları bəhanə edərək bu ölkənin ünvanına ittihamlar səsləndirməsi və bütün məmurların Belarusa səfərini qadağan etməsinə, səfirini geri çağırmasına cavab olaraq Azərbaycan sensasiyalı jest edib.
Belarusda iyulun 3-ü Müstəqillik Günü ilə bağlı keçiriləcək paradı müdafiə naziri Zakir Həsənov da seyr edəcək, eyni zamanda Azərbaycan əsgərləri də birbaşa paradda iştirak edəcəklər.
Rusiyalı ekspert Sergey Markov bildirib ki, Azərbaycan hərbçilərinin Rusiya və Belarus hərbçiləri ilə birgə Minskdə keçirilən hərbi paradda iştirakı Ermənistan rəhbərliyinin üzünə şillədir, çünki Ermənistan rəhbərliyi satqındır:
“Bu, İrəvanın xəyanət yoluna davam edəcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı xəbərdarlıqdır. Bu, satqın N.Paşinyanın A.Lukaşenkoya qarşı açıq-aşkar təhqirlərinə görə Belarus liderinin cavabıdır. Qərbliləri razı salmaq üçün N.Paşinyan Belarusa bütün səfərləri qadağan etdi. Satqınlar”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
